“Seriya tarixindəki ən böyük texniki sıçrayış” - “Counter-Strike 2”

“Valve” korporasiyası “Counter-Strike 2” oyununu rəsmən elan edib.

Yeni oyun 2023-cü ilin yayında buraxılacaq və “Counter-Strike: Global Offensive”ə pulsuz yeniləmə kimi paylanacaq.

Oyun “Source 2” mühərrikində hazırlanıb. “Valve” qeyd edib ki, onlar köhnə xəritələri yeni alətlərdən istifadə edərək sıfırdan düzəldiblər, lakin əsas struktur və xüsusiyyətlərini qoruyub saxlayıblar.

Tərtibatçı şirkət oyunun yeni versiyasını “seriya tarixindəki ən böyük texniki sıçrayış” adlandırıb.

“Counter-Strike” tarixin ən məşhur oyunlarından biridir. Oyunun son versiyası olan “Counter-Strike: Global Offensive” 2012-ci ildə buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ