Dilarə Əliyeva evə buraxıldı

Ötən gün həyat yoldaşı Oqtay Əliyevlə birgə qəzaya düşən Əməkdar artist Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, o, qəzada həlak olan rejissor, prodüser həyat yoldaşının vida mərasimində iştirak edəcək.

Qəzada yaralanan Xalq artisti Mehriban Zəkinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, mərhum Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ