“WhatsApp”da yeni funksiya olacaq

Populyar messencer “WhatsApp”da yenilik olacaq ki, bunun sayəsində istifadəçilər mesajları “pin” edə biləcəklər. “WABetaInfo” portalının mütəxəssisləri yeni variantın hazırlanmasından danışıblar.

Mütəxəssislər bildiriblər ki, messencerdə vacib mesajları çatlarda sancmağa imkan verən funksiya olacaq. Bunu etmək üçün mesaj parametrlərində “pin”i seçmək lazımdır.

“WABetaInfo” qeyd edib ki, “sancaqlamadan sonra söhbətdə mesajın bərkidilməsini göstərən kiçik bir işarə görünəcək və o, tez daxil olmaq üçün söhbətin yuxarı hissəsində göstəriləcək”.

Mesajları sancaqlamaq imkanı hazırda Android cihazları üçün hazırlanmaq mərhələsindədir. Yeni funksiyanın nə vaxt geniş istifadəçilər üçün əlçatan olacağı hələlik məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ