Rəqqasə Fatimənin köməkçisini maşın vurdu - vəziyyəti ağırdır

Bakının Binəqədi rayonunda yol-nəqliyyayı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, A.Bayramzadə rəqqasə Fatimənin köməkçisidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ