Manaf Ağayev oğlunun həbsindən danışdı

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.   

Sənətçi baş verən hadisə ilə bağlı Bizim.Media-ya belə şərh verib:

“Oğlumla bağlı yazılanlar doğru xəbərlərdir. O, həqiqətən, sükan arxasında içkili vəziyyətdə olub. Qanunları pozduğuna görə də həbs olunub. Qanun qarşısında hamı bərabərdir. Başqa heç bir şey demək istəmirəm”.  

Qeyd edək ki, Manaf Ağayevin oğlu Müşviq barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ