Nobel mükafatı laureatı Kenzaburo Oe 88 yaşında Yaponiyada vəfat edib.
Kenzaburo Oe onlarla roman, qısa hekayə və publisistik oçerklərin müəllifidir. Ən məşhur əsərləri arasında: “Gecikmiş gənclik”, “Şəxsi təcrübə”, “1860-cı il futbolu”, “Sular məni ruhuma qədər qucaqladı”, “Müasirlərin oyunları”, “Yağış ağacını dinləyən qadınlar”.
1994-cü ildə Oe Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb. O, Yasunari Kavabatadan (1968) sonra Nobel mükafatı alan ikinci yapon yazıçısı olub.