“Oskar-2023” mükafatının qalibləri məlum oldu

ABŞ-nin Los-Anceles şəhərində 95-ci “Oskar” mükafatlarının sahibləri bəlli olub.

Oskar-2023-də ilin ən yaxşı filmi “Hər şey hər yerdə və dərhal” seçilib

Bu kino nominasiyaların (11) və nəticədə qazandığı Oskarların (7) sayına görə Oskar qalibi oldu.

Mişel Yeo isə bu filmdəki roluna görə, “ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb.

İlin ən yaxşı aktyoru adına “The Whale” (“Kit”) filmindəki roluna görə Brendan Freyzer layiq görülüb.

“Pinokkio Qilyermo del Toro” ən yaxşı cizgi filminə görə mükafat alıb.

“Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi “Ən yaxşı operator işi” mükafatını qazanıb. Ekran əsəri həm də ən yaxşı xarici film kimi tanınıb.

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ