Xəbər verdiyimiz kimi, bu gün Bakı Konqres Mərkəzində türkiyəli müğənni Mahsun Kırmızıgülün konserti keçirilib.
Bir sıra maraqlı məqamların yadda qaldığı konsertdə M.Kırmızıgül dostu, azərbaycanlı iş adamı Mübariz Mənsimovu da yada salıb.
Belə ki, o, konsertdə səsləndirdiyi “Dağlar oy” mahnısını Mübariz Mənsimova ithaf etdiyini bildirib.
Bundan başqa, ifaçı M.Mənsimova mahnı həsr etdiyini də açıqlayıb. Konsert zamanı tez-tez Azərbaycan dilində sözlərdən istifadə edən Kırmızıgül, tamaşaçılara “Mən lənkəranlıyam” deyərək, zarafatından da geri qalmayıb.
Qeyd edək ki, konsert Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım məqsədilə təşkil olunub.