Məşhur tiktoker həbs edilib

Tanınmış tiktoker Ömər həbs edilib. 

Buta.media-nın məlumatına görə, o, inzibati qaydada 15 sutkalıq həbs edilib. 

Belə ki, məhkəmə onu İnzibati Xətalar məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilib. 

“Tiktoker”in həbs səbəbinə gəlincə onun, paytaxtın mərkəzində, xüsusilə “Tarqovı”da elektrik skuterini insanların sıx olduğu yerlərdə onların üzərinə sürərək ictimai asayişi pozduğu və törətdiyi əməlləri videoya çəkərək paylaşdığı bildirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ