Sem Smitin yerinə Bakıya o gəlir - FOTO + VİDEO

“Formula1” Bakı Qran-Prisi çərçivəsində təşkil olunacaq konsertdə müğənni Sem Smiti pop ulduz Cessi Cey əvəzləyəcək. 

Buta.media-nın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai məlumat verib. 

“Çox təəssüf edirik ki, belə bir hadisə baş verdi. Çünki bizim özümüz üçün də gözlənilməz oldu. Bu, sırf onun sağlamlıq vəziyyəti ilə bağlıdır. Semin başqa iki konserti də təxirə salınıb. Növbəti ulduzumuz Smitdən geri qalmır. Cessi Ceyin milyonlarla fanatı və tanınmış mahnıları var. Şənbə günü o səhnəyə çıxacaq”- deyə Arpadarai bildirib. 

O, biletlər mövzusunda yaranan anlaşılmazlığa da aydınlıq gətirib: “Biletlər qaytarılmayacaq. Çünki bizdə hər zaman “Formula 1” yarışları üçün bilet satılır. Konsert isə bonusdur. Biz heç zaman konsert üçün ayrıca bilet satmırıq. Vətəndaşlar bilir ki, onlar “Formula 1”ə biletlər alırlar, əyləncə proqramlarına yox”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ