Nigar Camala yolda hücum olundu - video

Azərbaycanı “2011-ci ildə “Avroviziya”da təmsil edən müğənni Nigar Camala yolda hücum olunub. Sənətçi bu barədə sosial media hesabında paylaşım edib. 

Onun sözlərinə görə, KİA markalı avtomobili idarə edən şəxs yolunu kəsib. Sonra sürücü avtomobildən enərək müğənniyə yaxınlaşıb. Ondan pəncərəni açmağı tələb edərək avtomobilə zərbələr endirib, güzgünü sındırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, həmin şəxs saxlanılıb. Araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ