“Atam rəhmətə gedəndə 47, anam rəhmətə gedəndə isə 63 yaşı olub. 19 yaşımda artıq hər iki valideynimi itirmişdim, ali təhsilim yarımçıq qaldı, tək yaşamağa başladım. Bu, Allahın, taleyin bir missiyası idi, gəlib çıxdı qarşıma”.
Bu sözləri aktyor Azər Aydəmir “Düzünə qalsa...” verilişində deyib.
“Adam var çətinliyi, 26, 36, 50 yaşında görür. Mənim dostumun atası 50 yaşında rəhmətə getdi, balaca uşaq kimi ağlayırdı. Həyat bir oyundur, mərhələlər var. Kimsə bunu sonda keçir. Mənə elə gəlir ki, sonda olanı mən əvvəldə keçdim və yetəri qədər də uğurlu alındı. Yavaş-yavaş başa düşdüm ki, mən harasa gedirəm və bütün bunlar imtahanlar idi. Hesab edirdim ki, mən seçilmiş insanam!”, - deyə aktyor əlavə edib.
Aydəmir deyib ki, 18-19 yaşından tək, dostlarının əhatəsində böyüyüb: “Qohumlarla əlaqəm kəsilib. İllər sonra mənə utanaraq yaxınlaşırdılar. Özlərini sanki günahkar hesab edirdilər. Bunu hiss edirəm. Zərrə qədər kimsədə günah görmürəm, mən özüm tək qalmaq istədim. Küsmədim, sadəcə o yaşda belə başa düşürdüm ki, mən kiminsə himayəsində qalsam, o Azər Aydəmir olmayacağam! 18 yaşda bunu dərk etdim. Özüm dedim ki, tək qalacağam, həyata atıldım. Başa düşüm ki, bu nədir! Ona görə bir nəfərlə də əlaqə saxlamadım ki, onlar məni unutsunlar, mən də onları!”