Aygünü görən azyaşlı özünü itirdi - VİDEO

Xalq artisti Aygün Kazımovanın çıxış etdiyi toy mərasimində maraqlı hadisə baş verib. 

Buta.media-nın məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, sənətçi mahnı ifa etmək üçün səhnəyə çıxıb, qonaqlarla birgə əylənməyə başlayıb. 

Bu zaman azyaşlı oğlan səhnəyə yaxınlaşaraq pilləkəndə əyləşib, pop ifaçısını seyr etməyə başlayıb. Daha sonra həmin uşaq valideyni ilə birgə kulisə gedib. Azyaşlının anası qeyd edib ki, oğlu Kazımovanı görəndə çox həyəcanlanıb: “Sizi birinci dəfə görürdü. Nəfəs almamağa başladı, qorxdum, təcili yardım çağıracaqdım”. 

Həmin anlar lentə alınaraq sosial şəbəkədə paylaşılıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ