"Hüseynova bacıları" verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu ona irad bildirənlərə bu dəfə "Hər şey daxil"də cavab verib.
Buta.media xəbər verir ki, müğənni savadsızlığını etiraf edib.
Şəbnəm bir çox ölkə vətəndaşlarını unutqanlıqda da qınayıb:
"Mən əslində nə həkiməm, nə müəlliməm, nə də alim. Mən orta məktəbi bitirmiş bir tələbə olmuşam və kasıb bir ailənin övladı olmuşam. Mənim həvəsim oxumağa da o dərəcədə olmayıb. Mənim həvəsim musiqiyə olub, mənim musiqi təhsilim olub. Mən texnikomu Gəncədə bitirsəm də bu mənim ailəmin istəyi ilə olub.
Allaha şükür, bal kimi səsim var. Mən bu gün coğrafiyanı bilməyə məcbur deyiləm. Mənim ifamı xalq sevirsə, bu mənim üçün böyük xoşbəxtçilikdir. Mən erkən nikah qurmuşam, ana olmuşam. Əziyyətlərim olub. Mən bu yerə gəlmişəm, ailəmi çox gözəl yaşatmışam, yaşadıram da.
Bu demək deyil ki, mən nəyisə bilmədimsə bu mənə irad tutulmalıdır. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Mən bu cür reklam istəməmişəm. Bu gün 80 faiz gənclərimizə işğal olunmuş torpaqlarımızın adlarını soruşursunuz, bilmirlər".