Modelyer Pako Raban 88 yaşında dünyasını dəyişib
Pako Raban “Paco Rabanne” yüksək moda evinin yaradıcısıdır. Pako Raban 1934-cü ildə İspaniyanın Bask bölgəsində anadan olub. Parisdə işləyib. Karyerasına moda dünyasında “Givenchy”, “Dior” və “Balenciaga” üçün zərgərlik dizaynı ilə başlayıb.
1966-cı ildə Pako Raban moda evini qurub və Parisdə ilk geyim kolleksiyasını təqdim edib. Geyimlər qeyri-ənənəvi materiallardan - kağız, plastik və metaldan hazırlanmışdır. 1969-cu ildə Pako Raban ilk “Calandre” adlı ilk ətrini təqdim edib.