“Jara” Bakıya qayıdır

Dörd ildən sonra Bakıda yenidən “Jara” beynəlxalq musiqi festivalı keçiriləcək. Bu barədə Azərbaycanın xalq artisti Emin Ağalarov sosial şəbəkədə məlumat verib.

“Biz həmçinin Bakıda “Jara-2023”ə hazırlaşırıq. Bizi izləyin”, – müğənni yazıb.

Emin Ağalarov layihənin dəqiq tarixini və orada iştirak edəcək məşhurların adlarını açıqlamayıb.

Qeyd edək ki, bu il mayın 20-dən 21-dək festival ilk dəfə olaraq Özbəkistanda müxtəlif ölkələrin ulduzlarının iştirakı ilə keçiriləcək.

Xatırladaq ki, 2016-cı ildən “Jara” Bakıda Emin Ağalarova məxsus “Sea Breeze” istirahət mərkəzində keçirilir. Festivalın təşkilatçısı məşhur ifaçı və iş adamı tərəfindən yaradılan “ZHARA TV” musiqi kanalıdır.

Festival sonuncu dəfə Azərbaycan paytaxtında 2019-cu ildə keçirilib. 2021-ci ildə layihə koronavirus pandemiyası səbəbindən ilk dəfə Moskvada tamaşaçısız keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ