Aktrisa Enni Verşinq xərçəngdən vəfat edib

Amerikalı aktrisa Enni Verşinq dünyasını dəyişib.

“Deadline” nəşrinin məlumatına görə, o, 45 yaşında onkoloji xəstəlikdən vəfat edib.

Qeyd edək ki, E. Verşinqə 2020-ci ildə xərçəng diaqnozu qoyulmasına baxmayaraq, o, karyerasını davam etdirib, “Star Trek: Picard” və “The Rookie” kimi serialların yeni mövsümlərində çəkilib.

E. Verşinq, həmçinin “Supernatural”, “24 hours”, “Castle”, “NCIS”, “Boston Legal” serialları ilə tanınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ