Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva bir neçə gündür açıqlamaları ilə ölkə gündəmini zəbt edib.
Buta.media axşam.az-a istinadən bildirir ki, bibisi Nazpərinin ona bütün kanallarda qadağa qoydurduğunu iddia edən qız bu dəfə sənədlərinin şəklini yayıb.
Pərvanə bildirib ki, sənədləri yaymaqda məqsədi ona savadsız deyənlərə və “bic” olduğunu söyləyənlərə gerçəkləri sübut etməkdir:
“Mənim haqqımda deyir, qeyri-qanuni bicəm. Bəs kimindir bu diplom? Dostəliyeva Pərvanə Ağalar qızı… Özləri 6-cı sinifdən ərə gediblər, mənə pozğun narkoman deyirlər”.
Qeyd edək ki, Pərvanə 6 yaşında atası tərəfindən təcavüz edildiyini söyləyib.