Niyə mən kasıb oğlana ərə getməliyəm? Niyə? Getmərəm.
Buta.media-nın məlumatına görə, bunu Oxu.Az-a Müğənni Samirə Əfəndi deyib.
O bildirib ki, kişi pul qazanıb, ailəsini dolandıra biləcək biri olmalıdır. Yəni burada kəsərli bir söz var: “kişi”:
"Mənim yanımda baxımlı, yaraşıqlı bir bəy olmalıdır. Məni və özünü sevməlidir. Özünü məndən çox sevməli deyil (gülür). İndiki zaman üçün yaxşı imkanı olmalıdır. Avtomobil, ev, təbii ki, öz yerində. Məndə varsa, onda daha artığı olmalıdır. Mütləq mənim kimi idmanla məşğul olmalıdır. Ətrafı xarab olmamalıdır. Hörmətli biri olmalıdır.
Amma kasıbdan kasıba da fərq var. Elə kasıb var ki, qabında nəsə var, gələcəkdə daşdan belə pul çıxaracaq. Bir də var tənbəl kasıb. Mənim nəyimə lazımdır eləsi?! "
"Otuzduracağam onu evdə, özüm də işləməyə gedəcəyəm. Bu adət qaraçılar da mövcuddur. Kişi evdə oturur, qadın isə küçələrə düşür, pul dilənir. Amma istisna hallar ola bilər. Kasıb olub, iş bacarsa və mənim həqiqətən də ürəyimi oğurlasa, yəqin ki, düşünərəm. Mənə çatmır o iş görməyən kişilər. Kişi hər bir işə getməlidir. Kişi fəhlə də olar, “moyka”da da işləyər, ofisiant da olar, sürücü də işləyər".
Evdə oturub bütün günü xanımına “sevirəm”, “ölürəm sənin üçün” deyəni anlamıram, anlamaq da istəmirəm. Bu cür boş-boş sözlərlə sevgi qarın doyurmur".
Müğənni qeyd edib ki, danışdığı bir şəxs var:
"Sevgilim yoxdur. Danışdığm bir şəxs var. İndi sevgili olmaq, ciddi münasibət qurmaq niyyətim yoxdur".