Röyanın BDU-nu bitirməsi yalan çıxdı

Bakı Dövlət Universiteti Röya Ayxanın qeyri-qanuni şəkildə ali təhsil ocağına qəbul olunması ilə bağlı yayılan məsələyə münasibət bildirib.

BDU-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, universitetin məzunları arasında Röyalə Nəcəfova adlı məzun yoxdur.

Universitetdən qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ