Bakıda iki vayner xanımın “razborka”sı saçyoldu ilə bitdi - FOTO + VİDEO

Son zamanlar vayn çəkilişləri ilə məşhurlaşan iki xanım- Səbinə Katanova və Xana ləqəbi ilə tanınan Xanım restoranların birində əlbəyaxa olublar.

Buta.media-nın məlumatına görə, Səbinə Katanova bununla bağlı öz İnstagram səhifəsində məlumat verib.

İddiaya görə, Xətaidə çay evlərini birində görüşən xanımlar, aralarındakı münasibətləri həll etmək istəyərkən  saçyolduya çıxıb, bir-birlərini təhqir ediblər.

Bundan başqa sosial şəbəkə hesablarından videolar paylaşan xanımlar bir-birlərini təhqir ediblər.

“Sənin adın Xana deyil e Seyid Xanımdır.  Seyidxanımsan nə zibilsən bilmirəm, ağıllı ol” deyə Katanova öz həmkarına  sərt reaksiya bildirib.

Qeyd edək ki, qalmaqala səbəb son vaxtlar çəkdirdikləri kliplər və oxuduqları duetlərlə reytinqləri alt-üst edən Xanım və Rəsulun "giveaway" yarışı keçirməsi olub.

Səbinə Katanova bu aksiyanı saxta adlandırıb. Bundan sonra tərəflər arasında qalmaqal baş qaldırıb. Vəziyyət o həddə çatıb ki, onlar təhqirdən sonra bir-birilərinə hədə-qorxu gəliblər. Xanım Səbinəni "ev yıxan", "parikli gözəlçə" adlandırıb, ona aid mesaj və fotolarla şantaj edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ