Məşhur müğənni Röya Aysel Əlizadənin ifasında “Yandırdın qəlbimi aman” mahnısını oxuyaraq sosial şəbəkələrdə tənqidə tuş gəlib.
Buta.media-nın məlumatına görə, Aysel Əlizadənin ifadəsində olan mahnını özünə məxsus tərzdə təqdim edən Röya tənqid olunub.
Paylaşımın altında “Röya da evli kişini gətirib özünə ər”, “Hər ikisi ailə dağıdıb”, “Sizin kimilər ailə dağıdırlar” kimi şərhlərə rast gəlmək mümkündür.
Qeyd edək ki, Aysel Əlizadəni Turanə Nəcəfova adlı xanımın ailəsini dağıtmaqda ittiham edilir. T. Nəcəfova bildirib ki, o həyat yoldaşı Elçini əlindən alıb. Röya isə keçmiş həyat yoldaşı Anar Cəlilovla tanış olan zamanı o evli olub. A.Cəlilov ilk həyat yoldaşından boşanan kimi müğənniyə evlilik təklif edib.