İctimai Televiziyada yayımlanan və sosial mediada rezonansa səbəb olan “Əqrəb mövsümü” serialının rəsmi büdcəsi açıqlanıb.
Layihənin baş prodüseri Yalçın Verdiyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, serialın ümumi büdcəsi 249 min 643 manatdır.
Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması və bütün xərclər daxildir.
Y.Verdiyev həmçinin onu da əlavə edib ki, layihənin heç bir sponsoru yoxdur və qeyd olunan maliyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.
Qeyd edək ki, ötən günlərdə müğənni Nura Suri büdcənin 180 min manat olduğunu bildirmişdi.