“Avatar: Suyun yolu” tarixdə ən çox gəlir əldə edən 6-cı film oldu

Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi dünya üzrə 2 milyard dollardan çox gəlir əldə edib. CNBC-nin məlumatına görə, “Avatar”ın davamı bu səddi qıran altıncı filmidir.

Yanvarın 22-si axşam saatlarına olan məlumata görə, “Avatar: Suyun yolu” ABŞ-da 598 milyon dollar gəlir əldə edib. Digər ölkələrdə filmin kassa gəliri 1,4 milyard dolları keçib.

CNBC-nin qeyd etdiyi kimi, tarixdə yalnız daha beş filmin gəliri iki milyard dollardan çox olub. Eyni zamanda, onlardan ikisi - “Titanik” və “Avatar”ın birinci hissəsi Ceyms Kemeron tərəfindən çəkilib.

Ən çox gəlir gətirən filmlərin siyahısı:

1. “Avatar” - 2,9 milyard dollar

2. “Qisasçılar: Final”  - 2,8 milyard dollar

3. “Titanik” – 2,2 milyard dollar;

4. “Ulduz müharibələri: Gücün oyanması”  - 2,1 milyard dollar

5. “Qisasçılar: Sonsuzluq savaşı” - 2,05 milyard dollar

6. “Avatar: Suyun Yolu” - 2,02 milyard dollar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ