“WhatsApp” messencerində özünüzə mesaj göndərmək imkanı təqdim edilib. Bu barədə “Verge” portalı yazır.
Qeyd olunur ki, funksiya bu həftə istifadəyə verilib. İstifadəçilər müxtəlif cihazlarda tez qeydlər, xatırlatmalar, keçidlər, fotoşəkillər göndərə və bu mesajlara baxa biləcəklər.
Bu seçim artıq digər platformalarda, xüsusən “Telegram”, “VKontakte” və digər sosial şəbəkələrdə mövcud idi.
Bundan əlavə, “WhatsApp” yenilənməsində artıq söhbəti tarixə görə axtarmaq imkanına malikdir.