Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Əməkdar artist Ehtiram Hüseynov canlı efirdə çətin anlar yaşayıb.
Bu, “Həmin Zaur” verilişində baş verib.
Belə ki, E. Hüseynov studiyaya daxil olarkən yeriməkdə çətinlik çəkib. Aparıcı Zaur Kamal həmin görüntüləri efirə verməməyi xahiş edib.
Xanəndə proqramboyu ifalarını yerindən tərpənmədən səsləndirməyə çalışıb.