“WhatsApp”da yeni funksiya olacaq

“Android” əsasında işləyən smartfonlarda “WhatsApp” messencerinin istifadəçiləri arzuolunmaz kontaktları qısa zamanda bloklaya biləcəklər. Yeni funksiya barədə “WABetaInfo” portalının mütəxəssisləri məlumat yayıblar.

Nəşrin məlumatına görə, “WhatsApp” tanış olmayan və arzuolunmaz kontaktları birbaşa söhbət siyahısında bloklamaq funksiyasına malik olacaq. Bundan əlavə, messencer istifadəçilərin bloklanması düyməsinin yeni mesajla bağlı açılan bildirişlərdə birbaşa göstərilməsini təmin etməyə çalışır.

Bildirilir ki, blok düyməsi mesajların naməlum və etibarsız kontaktlardan gəldiyi hallarda göstəriləcək. Məhdudiyyət istifadəçilərin etibarlı kontaktlarından gələn bildirişlərə cavab verərkən təsadüfən blok hərəkətinə klikləmələrinin qarşısını almaq üçün lazımdır.

Hazırda yeni funksiya üzərində işlər davam etdirilir və tətbiqetmənin növbəti yenilənmələrində işə salınacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ