Vaxtanq Kikabidze vəfat edib

Aktyor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib.

Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Sənətçinin hansı şəraitdə vəfat etdiyi hələlik məlum deyil.

Kikabidze 1938-ci ilin iyulunda Tbilisidə anadan olub. Şöhrət və populyarlığı ona “Mimino” komediyası gətirib. Kikabidze Gürcüstanın xalq artistidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ