Kainatın ən gözəl qızı məlum oldu - video

ABŞ-ın Nyu Orlean şəhərində keçirilən 71-ci “Kainat gözəli-2022” gözəllik müsabiqəsinin tacını ABŞ təmsilçisi R'Bonnie Qabrielle qazanıb.

Şounun finalında yalnız Qərb yarımkürəsinin nümayəndələrinin mübarizə aparıb. Gecə paltarlarında defiledən sonra ilk beşliyə Venesuela, ABŞ, Puerto-Riko, Kürasao və Dominikan Respublikasından olan qızlar düşüb.

Müsabiqədə ümumilikdə 84 ölkədən təmsilçi iştirak edib. Yarışda ikinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikan Respublikasından Andreina Martines Funye tutub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ