Bakıda qalmaqal: Hindistanlılar aktrisaya təcavüz etdilər - FOTO

Pakistanlı aktrisa Mehrin Şah Bakıda oteldə hindistanlı rejissor Sayed Ehsan Ali Zahidi və prodüser Rac Qupta tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Qız müvafiq videonu İnstaqram səhifəsində yerləşdirib, sonradan onu silib.

Mehrin Şah deyir ki, bir neçə gün əvvəl Əli Zahidi və Qupta ilə çəkiliş aparmaq üçün Bakıya gəlib. Lakin qonaqlar otelə daxil olduqdan sonra kişilərin davranışı kəskin şəkildə dəyişib. Gənc aktrisa göz yaşları içində başına gələnlərdən danışaraq, rejissor və prodüserin ona cinsi təcavüz etdiyini qeyd edib. O, Əli Zahidi və Quptanın fahişələri otelə dəvət etdiyini də bildirib.

Qadın izah edib ki, digər aktrisaları xəbərdar etmək üçün baş verənləri ictimailəşdirmək qərarına gəlib.

“Çəkiliş aparmaq üçün Ehsan Əli Zahidi və Rac Qupta ilə Bakıya getmişdim. Ancaq otelə çatdıqdan sonra davranışlarını tamamilə dəyişdilər. Yalnız onların tələblərini rədd etdiyim üçün mənimlə pis davranmağa başladılar. Mənim üçün dəhşətlidir. Heç bilmirəm ki, onlar bura film çəkmək üçün gediblər, yoxsa başqa məqsədləri var idi,” pakistanlı aktrisa deyir.

Mehrin Şah dedi ki, onu mehmanxanada belə yedizdirməyiblər. Həmçinin, Əli Zahidi və Qupta onun üçün dönüş bileti almaqdan imtina edir. Lakin aktrisa artıq onları görmək istəmir və vətənə tək qayıtmaq niyyətindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ