Pərvin içkili vəziyyətdə hava limanında oyun çıxardı - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva və model Səmra Hüseynovanın İstanbul-Bakı reysində sərxoş olduqları iddia edilib. 

Buta.media xəbər verir ki, sosial şəbəkə istifadəçisi Aysel Qəribova instaqramda post paylaşaraq Pərvinlə Səmranın Bakıda aeroportda içkili vəziyyətdə olduqlarını qeyd edib. Onun sözlərinə görə, məşhur xanımlar çamadanın üstünə çıxaraq qışqırıblar, bu isə bütün sərnişinlərin narahatlığına səbəb olub. 

“Show news” instaqram səhifəsi onu da qeyd edib ki, onlarla birgə şairə Nazilə Səfərli də İstanbuldan qayıdıb, lakin o, yoxlanışdan keçərək aeroportdan sakitcə uzaqlaşıb. 

Bu arada qeyd edək ki, Pərvin və Səmra şəxsi hesablarında təyyarədə içki içərkən və hava limanında əylənərkən görüntülərini paylaşıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ