Dostəliyevlərə qarşı şok ittiham: Atam məni 6 yaşımda zorladı

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva sosial şəbəkədə şok açıqlama verib.

Buta.media-nın məlumatına görə, P.Dostəliyeva bibiləri və atası barədə inanılmaz sözlər deyib: 

“İllər əvvəl paylaşa bilmədiyim dərdimi danışmağa qərar verdim. Qətiyyən məşhur olmaq fikrim yoxdur. İstəsəydim, 24 yaşımda məşhur olardım. İstedadım var idi. Şərəfsiz, niyə mən müsabiqədə ikən ayağımdan çəkdin? Qardaşını öyrədirdin. İndi qardaşın Ağalar küçədə yatır. İtə yemək verilən kimi ona yemək verirlər. Allah sizin bəlanızı versin. 

Anama küçə adamı deyirdilər. Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm. Məni nənəm saxlayıb, amma nə atam, nə də bibilərim baxmayıb. Anamı bədbəxt edib, küçələrə saldılar”.

Xalq artisti Nazpəri Dostəliyeva bu gün sosial şəbəkələrdə özünü onun qardaşı qızı kimi qələmə verən Pərvanə adlı xanımın video-müraciətinə News24.az-a münasibət bildirib.

“Mən o qızı nə tanımıram, nə də mənim qardaşımın uşağı deyil. Heç qızın adını da bilmirəm. O kimdir? Tanımıram! Bu video məndə bir aydır ki, var və bu qız məni bu video ilə şantaj edib, pul istəyir”. 

Xalq artisti qeyd edib ki, onun qardaşı Ağaların Rəvan və Cavanşir adlı qanuni iki oğlu var:

“Sən demə bir neçə müddət bundan əvvəl bu qız bacım Zeynəbə zəng edərək, deyib ki, Nazpəri mənə pul verməsə, onu bu video ilə şantaj edəcəyəm. Mən ümumiyyətlə, bu qızı tanımıram. Mənim qardaşımın elə qızı yoxdur. O, məni canlı olaraq heç həyatda görməyib”…

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ