Şəbnəm Tovuzlu: Ərim din adamıdır, hicab geyinəcəm

Müğənni Şəbnəm Tovuzlu bir neçə ildən sonra hicaba keçəcəyini bildirib.

Buta.media-nın məlumatına görə, sənətçi bu barədə "Ölkə.Az"a açıqlamasında deyib:

"İran konserti ilə bağlı hicabla fotolar çəkdirdim, çox xoş təsir bağışladı. Nə zamansa ola bilər ki, mən də hicaba keçim". 

Ş.Tovuzlu bildirib ki, konsert üçün çəkdirdiyi hicablı fotolardan sonra həyat yoldaşı ona bu barədə təklif edib:

"Bizim evdə də bu barədə söhbət olub, həyat yoldaşım da din adamıdır. Hətta məni hicabda görəndən sonra xahişi də oldu ki, bəlkə belə qalasan? Amma belə şeyin məcburiyyəti olmur. İstərdim ki, bir az da yaşa dolandan sonra öz istəyimlə hicaba keçim".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ