Xalq artisti Fikrət Verdiyev vəfat etdi

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.

Sənətkar yaşadığı Gəncə şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Gəncədə filarmoniyanın yaradılması Fikrət Verdiyevin adı ilə bağlıdır. O, dahi sənətkar Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova ilə evli idi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ