Şəbnəm: Nə qədər cahil millətimiz var - VİDEO

“Hüseynova bacıları” verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu ona irad bildirən izləyicisinə sərt cavab verib.

Buta.media xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, İnstaqramda verilişdəki situasiyanı ona xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:

“Gör sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır”.

Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ