Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcək.

Bunu AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O, Əlisa Nicatın təqaüd alma məsələsinə də toxunub.

“Bundan əlavə, indiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüdü almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək”, - Xəyal Rza bildirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ