Rusiyada məşhur olan azərbaycanlı müğənnilərin qonorarları açıqlandı

Rusiyanın “PROCONCERT” konsert və şənliklərin təşkili agentliyi məşhur ifaçıların qonorarı ilə bağlı məlumat yayıb.

Məbləğlərə artistlərin məişət və texniki xərcləri daxil edilməyib:

“Təqdim olunan artistlərin qonorarları tədbirin formatı, artistin qastrol cədvəli, tədbirin keçirilmə yerindən asılı olaraq az və ya çox ola bilər”.

Agentliyin məlumatına görə, konsert üçün ən böyük qonorarı Rusiya Federasiyasının xalq artisti Filipp Kirkorov alır - 10 milyon rubl (təxminən 279 min manat).

Siyahıda Rusiya Federasiyası və MDB ölkələrində populyarlıq qazanmış Azərbaycan əsilli sənətçilər də var:

- EMİN - 7 milyon rubl (195 min manatdan çox);

- Jah Khalib - 3,5 milyon rubl (təxminən 98 min manat);

- Jony - 3 milyon rubl (təxminən 84 min manat);

- HammƏli Nəvai - 3 milyon rubl (təxminən 84 min manat).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ