Bakıda göstərilməsi planlaşdırılan anti-Türkiyə filmi nümayiş etdirilməyəcək

Bakıda anti-Türkiyə filmi olan “Odda - İki bacı”nın nümayişi olmayacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.

14:09

Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” (“Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib.

“Report” xəbər verir ki, anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdirmək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

Halbuki Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ