“Avatar” filmini 19 yaşımda yuxuda görmüşəm - Ceyms Kemeron

68 yaşlı amerikalı kinorejissor Ceyms Kemeron “Avatar” filmini çəkmək ideyasının 19 yaşından arzusunda olduğunu bildirib. 

O, bu barədə GQ-yə müsahibəsində bildirib.

“Mən fiberoptik lampalara bənzəyən ağacları olan biolüminesans meşə və biolüminesans hissəciklərlə parlayan çay, həmçinin üzərində yeridikcə işıq saçan yerdə bənövşəyi mamır gördükdən sonra yuxudan oyandım”, - deyə rejissor vurğulayıb. O əlavə edib ki, yuxuda gördüklərini dərhal çəkib.

Ceyms Kemeronun sözlərinə görə, 2009-cu ildə “Avatar”ın birinci hissəsinin premyerasından sonra onu ideyanı oğurlamaqda ittiham edən insanlarla məhkəmə çəkişməsindən təxminən əlli il əvvəlki eskizlər xilas edib.

“İstənilən uğurlu filmdən sonra həmişə bir nəfər tapılır və onun fikrini başından oğurladığını düşünür. “Avatar” filmindən sonra belə insanların sayı 10 və ya 11 nəfər idi. Mən 19 yaşım olanda çəkdiyim həmin rəsmləri göstərib dedim: 

“Buna baxın. Bu parıldayan ağaclara baxın. Bu fırlanan kərtənkələyə baxın, narıncı rəngdədir? Və hamı çıxıb getdi”, - rejissor bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ