Bu gün Los-Ancelesdə (ABŞ) azərbaycanlı dizayner Samir Sadıxovun dizaynı ilə hazırlanmış yeni “Genesis X Convertible” avtomobilinin təqdimatı olub.
Bu barədə məlumatı radio aparıcısı Tural Yusifov paylaşıb.
“Hyundai” daha əvvəl yeni “Genesis X Speedium Coupe” konseptinin bir neçə şəklini dərc edib. Şirkət sonradan bu modelin məhdud sayda buraxılacağını bəyan etmişdi. Lakin bir neçə ay əvvəl məlum oldu ki, “Genesis X Convertible” bazara çıxarılacaq.
Kupe-kabriolet Koreya brendinin digər məhsullarının fonunda orijinal görünüşü ilə seçilir.