“Ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru, həmçinin, bütün təqsiri olan şəxslərin heç bir güzəşt olmadan qanun çərçivəsində və ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm".
Buta.media-nın məlumatına görə, bu sözləri “Eurovision 2011” qalibimiz Nigar Camal "İnstagram" hesabında yazıb.
Müğənni Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya 162 saylı orta məktəbdə yaşanan intihar hadisəsi ilə bağlı müraciət edib.
O, hadisədə günahı olan hər kəsin cəzalandırılmasını xahiş edib: "Cənab Prezident, uşaqlarımızı xilas edin”.