Ər hamilə arvadını amansızcasına öldürdü - qızını qorumaq istəyirdi

Ötən axşam Abşeron rayonunda ər hamilə arvadını qətlə yetirib.

Bu barədə Abşeron Rayon Prokurorluğundan bildirilib.

Saray qəsəbəsi sakini, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ