“Range Rover” qəza törətdi, iki nəfər öldü, maşındakı 40 min dollar pul isə oğurlandı - video

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində Beytulla Babayevin sürdüyü “Range Rover” ilə A.Məhərrəmovun idarə etdiyi “Kia” toqquşub. Nəticədə “Kia”da olan sərnişinlər, Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib.

Nardaran sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov maşındakı şəxslərə köməyə gələrkən qəzaya uğrayan avtomobildə pul olduğunu görüblər. Onlar yol polisinin Kürdəxanıdakı dayanacağınadək evakuatorla aparılan əzilmiş maşını təqib ediblər və dayanacaqda avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ