Bakıda ata qızının 16 yaşlı sevgilisini iplə boğub öldürdü

Sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Bu barədə Sabunçu Rayon Prokurorluğunun məlumatında deyilir.

Lent.az saytı yazır ki, 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti sentyabrın 10-u qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ