Lotu Qulinin qardaşı həbs edilib

Rusiyada “qanuni oğru” Əli Heydərovun (Alik Rıjıy) qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.

Bu barədə məlumatı REN TV yayıb.

Namiq Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində qətlə yetirilən kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır.

Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada fitnes klubda güllələnib. Polis elə həmin gün qətli törədən şəxsi saxlayıb.

Həmin şəxsin isə Mətləb Sultanov adlı azərbaycanlı olduğu məlum olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ