Bakıda kişi küçədə qadını bıçaqlayıb qaçdı - video

Bakıda qadın tanışı tərəfindən küçənin ortasında bıçaqlanıb.

Bu barədə Baku.ws saytı məlumat yayıb.

Hadisə zamanı qadına doqquz bıçaq zərbəsi vuran naməlum şəxs “77-CZ-316” dövlət nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sonradan hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Yaxınlıqdakı xəstəxənaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ