Xadimə paltarı geyinib xəstələrin qiymətli əşyalarını oğurladı - foto

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında oğurluq etdiyi bildirilən qadının görüntüləri yayılıb.

Sosial şəbəkədə yayılan görüntülərdə şəhərdə Travmatologiya Xəstəxanası kimi tanınan xəstəxanada özünü sanitar kimi təqdim edən qadının həkim otaqlarından xeyli pul, qızıl və sair əşyalar oğurladığı qeyd edilib.

Belə ki, ağzını maska ilə örtmüş, eynək taxmış qadın xadimə geyimində özünü xəstəxana əməkdaşı kimi göstərib və otaqları bir-bir gəzərək əlinə keçən qiymətli əşyaları oğurlayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, hazırda yayılmış görüntülərlə bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır: “Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ