Bakıda parkda qadını müdafiə etmək istəyən qazi öldürüldü

Bakının Nəsimi rayonunda “Kubinka” ərazisində qətl hadisəsi baş verib.

Bu barədə APA məlumat yayıb.

Nəşrin məlumatına görə, 1998-ci il təvəllüdlü Muradov Niyaməddin Dərşad oğlu parkda naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. O, elə hadisə yerində dünyasını dəyişib.

Qeyd edilir ki, Niyaməddin naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb. Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ