Balakəndə sevgilisi küçədə 21 yaşlı qızı bıçaqlayıb öldürdü

Balakəndə küçədə bıçaqlanan 21 yaşlı Emilya Abdurahmanova xəstəxanada dünyasını dəyişib.

Bu barədə Report saytı məlumat yayıb. 

Bildirilir ki, hadisə bu gün səhər saatlarında baş verib. 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına çatırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ