Dəhşətli qətl: Qardaşı arvadını hamamda başqa kişi ilə yaxaladı - TƏFƏRRÜAT

İyulun 22-də gecə saatlarında Cəlilabad rayonunda iki nəfər qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də gecə saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitlərinin tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisəni törətmiş K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Öz növbəsində Oxu.Az saytı yazır ki, Könül Şahmarova və Ruslan Qarayev intim münasibətdə olan zaman qətlə yetiriliblər.

Uzuntəpə kənd sakini Allahşükür Qarayevin oğlu Ruslan Qarayev gecə 4 radələrində Cəlilabad rayonunun Kirovka qəsəbəsində Könül Şahmarovanın yaşadığı evə gedib və onunla hamamda intim münasibətə girib. 

Bu zaman evə gələn K.Şahmarovanın qaynı Elşən Məmmədov baş verənləri görüb və hər iki şəxsi qətlə yetirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ